AZ   |   RU
Nikol Paşinyan: “Zəngəzur dəhlizi”ni könüllü şəkildə verməsək, müharibə ilə alacaqlar”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik (Zəngəzur – red.) vilayətinə qalmaqallı səfəri barədə bəzi təfərrüatlar məlum olub. Paşinyan Zəngəzur bələdiyyəsinin binasında keçirdiyi məsləhətləşmələrdə “Zəngəzur dəhliz”i ilə bağlı danışıb.

Missiya.Az
xəbər verir ki,  bu barədə “168.am” nəşri məlumat yayıb.

İddiaya görə, Paşinyan görüş zamanı etibar etdiyi bir neçə şəxsə deyib ki, əgər “Zəngəzur dəhlizi” könüllü şəkildə və dinc həyat qarşılığında verilməsə, müharibə ilə alacaqlar. Nəşr baş nazirin kreslosuna mıxlandığını və ölkəsinin maraqlarını müdafiə etmədiyini yazır. Qeyd olunur ki, Paşinyan Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir və xalqını onlarla qorxudur. Xatırladaq ki, Prezident İlham Əliyevin “Zəngəzur dəhliz”i ilə bağlı səsləndirdiyi son fikirlər Ermənistan cəmiyyətində ciddi təşviş yaradıb. Ölkə başçısı çıxışında bildirmişdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Sitat: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”, - sitatın sonu.

Ermənistan mediası yazır ki, Zəngəzur ətrafında hansısa gizli proses gedir və mövcud hakimiyyət baş verənləri xalqdan gizlədir. Müəlliflər iddialarını Baş nazir Nikol Paşinyanın və prezident Armen Sarkisyanın bölgəyə gizli səfərlər etmələri ilə əsaslandırırlar.  Qeyd edək ki, Paşinyanın Zəngəzura son səfəri zamanı əhali onu ciddi etirazla qarşılayıb və “xain” adlandırıblar.

Elvin
Missiya.Az

  • 22-04-2021, 14:28