AZ   |   RU
Bakıda avtobus yanıb

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyin (BNA) məlumat verib.

"Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb", - məlumatda deyilir.


  • 21-07-2022, 13:54