AZ   |   RU
Məşhur aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib

İspaniyalı aktyor, model və rəssam Antonio İbanez 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.


Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, bir il öncə xərçəng diaqnozu qoyulan İbanezin ölüm xəbərini ailə üzvləri instaqram öz hesablarında paylaşıblar.


Qeyd edək ki, o, uzun müddət seriallara çəkildikdən sonra bir müddət rəssamlıqla məşğul olub. 


Xatırladaq ki, Antonio İbanez öz instaqram hesabında isə belə yazmışdı:

"Bütün gücümlə vuruşdum, amma bu müharibədə qalib gələ bilmədim. Yaşamaq və sənəti davam etdirmək çox istəyirdim. Ölsəm belə, bütün rəsmlərimdə enerjimi görə, hiss edə və toxuna biləcəksiniz. Çünki ruhum ordadır".

Zərintac Mayisqızı
Missiya.Az

  • 13-07-2022, 14:54