AZ   |   RU
“Rusiya istəsə, Ukrayna tezliklə taxıl ixracına başlaya bilər” - Kuleba

“Kiyev Rusiya ilə Ukrayna taxılının beynəlxalq bazarlara ixracına dair razılaşmanın iki addımlığındadır”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İspaniyanın “El Pais” nəşrinə müsahibəsi zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba bildirib ki, Rusiyanın mövqeyi ilə bağlı təhlükəsizlik problemlərini həll etmək lazımdır. “Biz son mərhələdəyik və indi hər şey Rusiyadan asılıdır. Əgər onlar həqiqətən də bunu istəsələr, tezliklə taxıl ixracına başlanılacaq”.

Bundan əlavə O, qeyd edib ki, Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Ancaq Rusiya Ukraynanın öz taxılını ixrac etməsində maraqlı deyil. 

Daşqın Həsənov
Missiya.Az


  • 13-07-2022, 14:01