AZ   |   RU
Litvadan Kalininqrada “yaşıl dəhliz”in açılması ilə bağlı açıqlama – Dəhliz veriləcək?

“Litva Kalininqrada malların tranziti üçün “yaşıl dəhlizin” yaradılmasına razı olmayacaq”.

 Missiya.Az
lenta-ru-ya istinadən xəbər verir ki, bu sözləri Respublika prezidentinin müşaviri Asta Skyisgirite söyləyib.

Rəsminin sözlərinə görə, Vilnüsün daşımaların məhdudlaşdırılmasına dair bütün qərarları ümumAvropa sanksiyaları ilə diktə olunub.

O, həmçinin Moskva ilə məsələyə dair danışıqlar ideyasını rədd edib və bildirib ki, rus diplomatları bunu birbaşa Avropa İttifaqının rəhbərliyi ilə həll etməlidirlər.

Xatırladaq ki, iyunun 18-də Litva Dəmir Yolları Avropa İttifaqının sanksiya qoyduğu bəzi malların Kalininqrada tranzitini dayandırıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 7-07-2022, 15:00