AZ   |   RU
Dünyaca məşhur müğənni ilk dəfə Bakıda konsert verəcək

Dünyaca məşhur ifaçı Laura Perqolizzi (LP) ilk dəfə Azərbaycana gələcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, sənətçi sentyabrın 30-da Bakıda konsert verəcək.

Tanınmış amerikalı müğənni-bəstəkar 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnılar səsləndirəcək.

Müğənni Bakı Konqres Mərkəzində baş tutacaq gecədə “Lost on you” başda olmaqla, sevilən hitlərini səsləndirəcək.

Qeyd edək ki, ulduz yaradıcılığından başqa, Çer, Rihanna, De Bəkstreet Boys, Selin Dion, Kristina Aqilera və başqaları üçün mahnılar yazıb.


  • 7-07-2022, 13:07