Bazar 16 Mart 2025 / 14:29:07
                    AZ   |   RU
Türkiyə və Yunanıstan hərbçiləri arasında görüş keçiriləcək

Türkiyə və Yunanıstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tiviter səhifəsində məlumat yayılıb.

Məqsəd iki ölkə arasında etimadı artırmaqdır. Bu çərçivədə 4-cü tur toplantılarını reallaşdırmaq üzrə razılıq əldə olunub.

Görüşün dəqiq tarixi və başqa məsələlər yaxın zamanlarda müəyyənləşəcək.


  • 19-04-2021, 17:30