AZ   |   RU
İngiltərə Qara dənizə döyüş gəmisi göndərir - Türkiyədən Rusiyanı qəzəbləndirəcək qərar

İngiltərə Qara dənizə döyüş gəmiləri göndərəcək.

Missiya.Az
xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Qara dənizə döyüş gəmisi göndərməsi Rusiya-Ukrayna gərginliyi ilə bağlıdır. Rəsmi London Montro razılaşmasına əsasən əvvəlcədən Qara dənizə döyüş gəmiləri göndərəcəyi ilə bağlı Türkiyəni məlumatlandırıb. Türkiyə gəminin boğazlardan keçməsinə razılıq verib.

İki döyüş gəmisinin may ayında Qara dənizə gələcəyi bildirilir. Bir neçə həftə əvvəl İngiltərə Ukraynanın hava sərhəddinin qorunmasına dəstək göstərmək üçün Rumıniyaya döyüş təyyarələri göndərmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ bölgəyə iki hərbi gəmi göndərməklə bağlı qərar qəbul etsə də, daha sonra geri addım atıb. Rəsmi Vaşinqton da Qara dənizə gəmi göndərmək üçün Türkiyənin razılığını alıbmış.


Xatırladaq ki, Rusiya-Ukrayna münasibətləri gərgin olaraq qalır. Rəsmi Moskva Ukrayna ilə sərhəddə 80 min canlı qüvvə və yüzlərlə hərbi texnika yığıb. Ukrayna Prezidenti Vladimir Zelenski açıq şəkildə bəyan edib ki, Rusiya hərbçiləri münaqişə bölgəsində vəziyyəti gərginləşdirir, snayperdən atəş açır və Kiyevi təxribata çəkmək istəyir.

NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiya rəhbərliyinə sərhəddəki qoşunu geri çəkməsi ilə bağlı xəbərdarlıq etsə də, Moskva bu tələbə əhəmiyyət verməməklə yanaşı, ABŞ-ı təxribat törətməkdən çəkinməyə səsləyib. Qeyd edilir ki, ABŞ-a edilən xəbərdarlıq Vladimir Putinin təlimatı ilə yayımlanıb.

Elvin
Missiya.Az

 

  • 19-04-2021, 15:28