AZ   |   RU
Rusiya Ukraynanın şərqində yerləşən bu son şəhəri ələ keçirdi


Rusiya Ukraynanın şərqində yerləşən son şəhər Lisiçanskı ələ keçirdiyini açıqlayıb.

Missiya.Az
Haber7.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya mediası bir qrup separatçı hərbçinin və ya Rusiya hərbçilərinin şəhərin mərkəzində yürüş etməsinin videosunu yayıb.
Bəzi rus mənbələri də bərbad vəziyyətdə olan bələdiyyə binası üzərində Sovet İttifaqı bayrağının asıldığını göstərən video paylaşıb.     

Ukrayna Müdafiə Nazirliyi isə bu iddianı təkzib edib. “Şəhər güclü hücuma məruz qalsa da, mərkəz hələ də Ukraynanın qəhrəman ordusunun nəzarəti altındadır”.

Qeyd edək ki, Lisiçansk, Donbasın sənaye bölgəsinin bir hissəsi olan Luqanskda Ukraynanın qalan son şəhəridir. 

Xatırladaq ki, Rusiya keçən ay bu istiqamətdə  daha da irəliləyərək  Severodonetsk şəhərini ələ keçirmişdi.

Teymur Aslanov 
Missiya.Az


  • 4-07-2022, 11:24