AZ   |   RU
Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna klubu ilə müqavilə imzalayıb

"Sumqayıt" klubundan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "İnqulets"lə bir illik müqavilə imzalayıb.

Dmitri Nağıyev 2021-ci ilin yanvarından "gənclik şəhəri" təmsilçisinin formasını geyinib.

Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib. Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.


  • 2-07-2022, 12:27