AZ   |   RU
Beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular açıqlanıb
2022-ci ilin ilk altı ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Missiya.Az
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema başçılıq edir.

35 yaşlı hücumçu bu müddət ərzində 11 qola imza atıb. Benzema qolların 10-nu UEFA Çempionlar Liqasında, birini isə UEFA Millətlər Liqasında vurub.
İngiltərənin "Liverpul" klubunda Almaniya "Bavariya"sına keçən Sadio Mane 10 qolla ikinci sırada qərarlaşıb. Seneqallı forvard 7 dəfə milli komandada, 3 dəfə isə Çempionlar Liqasında fərqlənib.

İtaliya "Roma"sında çıxış edən Eldor Şomurodov, Meksikanın "Pumas UNAM" klubundan Xuan Dinenno və Braziliya "Palmeyras"ından Rafael Veyqa 9 qolla növbəti yerləri bölüşdürür.


  • 2-07-2022, 11:01