AZ   |   RU
Prezident qaziyə 3 otaqlı mənzil hədiyyə etdi – Nizami rayonunda keçirilmiş toyda təsirli anlar yaşanıb - FOTO/VİDEO

Vətən Müharibəsi qazisi, Nizami rayon sakini Kənan Zeynalovun toy mərasimi keçirilib.
 
Missiya.Az
xəbər verir ki, toy mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Toy mərasimində Prezident İlham Əliyevin adından qazi Kənan Zeynalova 3 otaqlı mənzil hədiyyə olunub. Mənzilin açarları və sənədləri qaziyə təqdim edilib.
 
Qeyd edək ki, qazi Kənan Zeynalov 44 günlük Vətən Müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq bir qolunu itirib.

 
 
 

 
   

 
 
 
 
 
   

  • 1-07-2022, 16:23