AZ   |   RU
ABŞ lideri: "Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik"


“Türkiyə ilə F-16 qırıcılarının modernləşməsi məsələsini həll etməliyik. Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bunu etmək üçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm”, - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Baydena arasında görüş olub. NTV telekanalı danışıqlar zamanı Amerika liderin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.


  • 30-06-2022, 17:34