AZ   |   RU
Conson: "Türkiyənin humanist davranışlarını alqışayırıq"

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin humanist davranışını alqışlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Boris Conson “Twitter” hesabında paylaşım edib. Paylaşımda Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmağa razılıq verməsi ilə bağlı qərarı yüksək qiymətləndirilib.

Paylaşımda deyilir: "NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək".
Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Hər iki ölkə Türkiyənin tələblərini qəbul edib.

Leyla Səməndər
Missiya.Az


  • 30-06-2022, 17:04