AZ   |   RU
"Putin istəsə, Ukraynada müharibəni sabah bitirə bilər"- Berbok


"Müharibə sabah Rusiya prezidentinin bombardmanları dayandırması ilə başa çata bilər. Belə olan halda biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azadlıq içində yaşaması üçün hər şeyi edəcəyik".

Missiya.Az
Unian-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır.

Qeyd edək ki, iyunun 28-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müharibənin dayandırılması ilə bağlı danışıb. O bildirib ki, Kiyev silahı yerə qoyub təslim olmaq əmri versə, Ukraynadakı müharibə günün sonuna qədər bitə bilər.

Teymur Aslanov
Missiya.Az


  • 29-06-2022, 16:46