AZ   |   RU
Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasından nə qazanacaq? - Ankaranın tarixi uğuru


NATO-un zirvə toplantısında həm İsveç, həm də Finlandiya FETO və PKK kimi terror təşkilatlarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq edəcəyini və qruplaşmaların genişlənməsi istiqamətində konkret addımlar atacağını bildirib.

 Missiya.Az
haberler.com-a istinadən xəbər verir ki, bu barədə müqavilə dünən İspaniyanın paytaxtı Madriddə iki mərhələdə keçirilən görüşdə Türkiyə, İsveç və Finlandiya arasında Helsinki və Stokholumun NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveç baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirak etdiyi, İFEMA Konvensiya Mərkəzində keçirilən NATO “Zirvə” görüşündə Türkiyənin lehinə nəzərəçarpacaq qazanclar əldə olunub.

Məlum olduğu kimi, Türkiyə İsveç və Finlandiyanın terroru dəstəklədiyi üçün NATO-ya üzv olmasına qarşı çıxmışdı. Lakin imzalanan birgə bəyannamədə hər iki ölkə bununla bağlı Türkiyəyə zəmanət verib.

Razılaşma çərçivəsində FETO və PKK kimi terror təşkilatlarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlığa söz verilib.

Dördlü Zirvədən Türkiyənin lehinə olan nəzərəçarpacaq qazanclar bunlardır:

•    PKK və onun törəmələrinə qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq;

•    Bütün forma və təzahürləri ilə terrorizmlə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək;

•    PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi;

•    Müdafiə sənayesi sahəsində məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması;

•    Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi;

•    Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması;

•    Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması;

•    PKK və onun qolu və cəbhə təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması;

•    Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması;

•    Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Avropa İttifaqı təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi;

•    Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.


Qeyd edək ki, sammitdən sonra açıqlama verən NATO-nun baş katibi Stoltenberq İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı razılıq əldə olunduğunu bildirib.

“Son 10 ilin ən böyük təhlükəsizlik böhranı aradan qaldırıldı. Bundan öncə Brüsseldə görüş keçirilmişdi. Mən də prezident Ərdoğanla 4 dəfə telefonla danışmışam. Finlandiya və İsveç Türkiyə ilə işləməyə hazırdır. Bu sammit transformativ bir zirvə olacaq. Liderlər bu gün Madriddə ortaq fikirə gəldi. Mən inanıram ki, tərəflər bu müqavilədə öz öhdəliklərini yerinə yetirəcək və məsuliyyət daşıyacaqlar. İsveç və Finlandiyanın da təşkilata üzv olması onlar üçün vacibdir” deyə Stoltenberq fikirlərini yekunlaşdırıb.

Teymur Aslanov
Missiya.Az


  • 29-06-2022, 16:41