AZ   |   RU
Türkiyədə PKK-ya qarşı böyük narkotik əməliyyatı - Mindən çox polis iştirak edir

Türkiyənin Diyarbəkir şəhərində  PKK terrorçularına qarşı “Eren Blokada-19 Narko terroru” əməliyyatına start verilib.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, əməliyyatlarda Diyarbakır şəhər Jandarma Komandirliyi, Jandarma Xüsusi Əməliyyatlar və Təhlükəsizlik Mühafizə qrupunun 1017 şəxsi heyəti və 50 əməliyyat qrupu iştirak edir.

Qeyd edək ki, əməliyyatın ilk günündə Diyarbakır şəhər Jandarma Komandanlığı və digər hüquq-mühafizə orqanlarının tərkibində olan qruplar Hani rayonunun Gömeç məhəlləsində çöllük ərazidə 86 gizli nöqtə aşkarlanıb.

Bu nöqtələrdə edilən axtarışlar nəticəsində:

-6.376.945 kq narkotik tərkibli bitki;

-245 kq qurudulmuş marixuana;

- 8400 metr suvarma kabeli;

-1 su mühərriki;

-100 metr elektrik kabeli;

-5 batareya blokları tapılıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 29-06-2022, 10:57