AZ   |   RU
Bu gün Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Zirvəyə ev sahibliyi edən Türkmənistanın Prezidenti Sərdar Berdıməhəmmədov yanaşı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin və İranın dövlət başçısı İbrahim rəisi iştirak edəcək.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.


  • 29-06-2022, 10:14