AZ   |   RU
“Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək” - Paşinyan
 
“Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Missiya.Az
Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”.

Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.


  • 28-06-2022, 12:46