AZ   |   RU
“Ferrari” öz ilk elektromobilini 2025-ci ildə təqdim edəcək


“Ferrari” avtomobil istehsalçısı 2025-ci ildə elektrikli avtomobil bazarına daxil olacağını açıqlayıb.

Missiya.Az Kommersant.ru saytına istinadən xəbər verir ki, bu barədə Ferrari səhmdarlarının ümumi yığıncağında direktorlar şurasının sədri Con Elkann bildirib.

“Elektrikləşdirmə həm idman avtomobilləri, həm də yol avtomobilləri daxil olmaqla şirkətin strategiyasının vacib bir hissəsi olacaqdır”, deyə C.Elkann qeyd edib.

O həmçinin əlavə edib ki, yeni strategiya ilə bağlı daha geniş açıqlama 2022-ci ildə veriləcək.

Fazil
Missiya.Az


  • 16-04-2021, 15:49