AZ   |   RU
"Qarabağ"ın rəqibi universal futbolçu transfer edir

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Poznan təmsilçisi Norveçin "Rusenborq" klubundan Pavle Vagiçi transfer edir.

İsveçin U-21 yığmasının da üzvü olan 22 yaşlı oyunçu universallığı ilə seçilir.

O, həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir.

Qeyd edək ki, "Lex" "Qarabağ"a ilk oyununu iyulun 5-də evdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.


  • 28-06-2022, 10:20