Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.Missiya.Az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində qeyd olunub.
Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.
Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması paylaşılıb.
Qeyd edək ki,
iyunun 24-də dənizdə daha bir tələbə batmışdı. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.