AZ   |   RU
Fatma Səttarova: "Azərbaycan Ordusu babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını sübut edib"

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Rəyasət Heyətinin üzvü, hərbi-vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev, hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak edib.

  • 25-06-2022, 20:16