Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
Missiya.Az xəbər verir ki, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsigeneral-mayor Zakir Samiddin oğlu Ağayevə
general-mayor Azər Əli oğlu Əliyevə
“general-mayor” hərbi rütbəsipolkovnik Nicad Kamandar oğlu Qarayevə
polkovnik Akif Səməndər oğlu Pirverdiyevə
polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova
polkovnik Eldəniz Telman oğlu Yəhyayevə
polkovnik Zaur İlham oğlu Zeynalova
“tibb xidməti general-mayoru” hərbi rütbəsitibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.