AZ   |   RU
ABŞ-da silah almaqla bağlı qanuna dəyişiklik edilir

ABŞ senatı silah almaq yaşının 18-dən  21-ə qaldırılmasını ehtiva edən qanun qəbul edib.  

Missiya.Az
haberglobal-a istinadən xəbər verir ki, qanun təsdiqlənməsi üçün Nümayəndələr Palatasına təqdim olunub.  65 senator qanun layihəsinin leyhinə, 33 respublikaçı senator isə əleyhinə səs verib.

Digər tərəfdən, qanun layihəsində əvvəllər məişət zorakılığı törədən şəxslərə silah almaq üçün bəzi məhdudiyyətlərin tətbiq ediləcəyi nəzərdə tutulur.  

Qanun layihəsi Nümayəndələr Palatasının və Prezident Co Baydenin təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Teymur Aslanov
Missiya.Az


  • 24-06-2022, 17:50