AZ   |   RU
"Onlar artıq bizim tərəfdaşımız deyil, rəqibimizdir" - Peskovdan Litvanın Kalininqradla bağlı qərarına reaksiya

"Biz Kalininqrad şəhərinin nəqliyyat blokadasını çox ciddi şəkildə təhlil edirik. Öz mövqeyimizi Xarici İşlər Nazirliyi vasitəsilə həmsöhbətlərimizə çatdırırıq. Biz bu vəziyyətdə tamamilə haqlıyıq."

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dimitri Peskov Litvanın Rusiyanın Kalininqrad bölgəsinin nəqliyyat blokadası badərə danışarkən deyib.  Peskov Kremlin mövzu ilə bağlı qərar verməsinin bir qədər vaxt aparacağını bildirib.

"Burada tələsməyə ehtiyac yoxdur, lakin eyni zamanda, biz qətiyyətliyik. Müəyyən qərarların qəbulu bir qədər vaxt aparacaq. Təəssüf ki, onlar artıq bizim tərəfdaşımız deyil, rəqibimizdir. Gəlin heç nəyi istisna etməyək, daha yaxşıya ümid edək və daha pisə hazırlaşaq”.

Xatırladaq ki, Litva iyunun 18-dən Rusiyadan Kalininqrad bölgəsinə bəzi malların dəmir yolu ilə tranzitinə məhdudiyyət qoyub. Səbəb kimi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.

Teymur Aslanov
Missiya.Az


  • 24-06-2022, 17:02