AZ   |   RU
Moskva və Vaşinqton arasında gərginlik pik həddə: ABŞ qırıcısı Rusiya hava məkanına daxil olub

ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiyanın hava sərhəddini pozub. 

Missiya.Az
xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Sakit okeanın Kamçatka sahillərində baş verib. Rusiya qırıcıları ABŞ təyyarəsini sərhəd xəttindən uzaqlaşdırıblar. 

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində baş verənlərə görə ABŞ və Rusiya arasında gərginlik pik həddə çatıb. 

Ukrayna hökumətinin yaydığı məlumatda bildirilir ki, atəşkəs Rusiyanın dəstəklədiyi silahlı qruplar tərəfindən pozulur. Son məlumatda atəşkəsin 24 saat ərzində 7 dəfə pozulduğu qeyd olunur. 

Elvin
Missiya.Az


  • 16-04-2021, 12:56