AZ   |   RU
Rusiyada daşqın sərnişinlərlə dolu iki avtomobili dənizə aparıb

Rusiyanın Krasnodar diyarında şiddətli daşqın içərisində sərnişinlərin olduğu iki avtomobili dənizə aparıb.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, avtomobillərdə ümumilikdə 8 nəfər olub.

Qeyd olunur ki, xilasedicilər bir nəfəri sudan çıxara bilib. Digər yeddi nəfərin axtarışları davam etdirilir.

Axtarışlara çoxlu sayda xilasedici cəlb edilib.

  • 24-06-2022, 11:39