"Bu günə qədər "YAŞAT" Fonduna 73 781 435.79 manat pul toplanıb. Toplanan vəsaitin 61.114 757.86 manatı müvafiq istiqamətlər üzrə xərclənib. Qalıq məbləğ isə 12 666 677.93 manatdır".
Missiya.Az xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Fondun fəaliyyəti ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, toplanan vəsaitlər 4 istiqamət üzrə xərclənib.
"YAŞAT" Fonduna toplanan vəsait məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin ödənilməsi, təhsil və tibb istiqamətləri üzrə xərclənib. Ən ucqar kəndlərdə belə şəhid və qazi əlilləri ziyarət olunub. Bu günə qədər "YAŞAT" Fondu 2927 şəhid ailəsi ziyarət edilib."
Elvin Hüseynov bildirib ki, "YAŞAT" Fondu tərəfindən 12 min 526 şəxs öhtəliyə götürülüb.Elvin Məmmədov
Missiya.Az