AZ   |   RU
Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub - FOTO
 
Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

İ.Bayramov Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Mərhum Ağstafa rayonunun Pirli kəndinin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



  • 16-04-2021, 12:16