AZ   |   RU
Azərbaycan-Türkiyə münasibətləri - dünyada bənzəri olmayan qardaşlıq nümunəsi
 
Yaxın coğrafiyada yaşamış, vahid etnik kökdən gələn, eyni dilə, dinə, milli-mənəvi, mədəni dəyərlərə malik millətlərin övladları müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlər qurublar. Bu dövlətlər arasındakı münasibətlər tarix boyu müxtəlif faktorlarla tənzimlənib. Bu faktorlar da öz növbəsində dövrlərə uyğun dəyişkənlik göstərib. Lakin xalqlar arasında dostluq, qardaşlıq əlaqələri hər dövrdə təşfiqedici faktor-amil olub. Bu faktorlar ilk növbədə hisslər və ideologiyalara əsaslansa da, müasir dövrdə iqtisadi, siyasi, hərbi əlaqələr, eləcə də qlobal arenada birgə manevrlər və yekdil mövqe əsas amillərə çevrilib. Lakin günümüzdə bu qəbildən olan dövlətlərin heç də hamısının  münasibətləri eyni səviyyədə deyil. 

Əlaqələrdəki faktorlardan danışarkən “Lider” amili xüsusi vurğulanmalıdır. Bu amil XX-XXI əsrlərdə özünü daha da qabarıq büruzə verməyə başlayıb. Müasir dövrdə diplomatik əlaqlərdə ölkə başçılarının siyasi və diplomatik gedişləri iki dövlət arasındakı əməkdaşlığın istiqamətini müəyyən edir. Bu gedişlər isə hər zaman uğurlu olmur.

2022-ci ilin ilk rübündə başlayan və hələ də sönməyən Rusiya-Ukrayna münasibətlərindəki alovlanma, iki eynioköklü xalqın, onsuz da korlanmış qohumluq bağlarını daha da qopardı.  Dövlət başçılarının bir-birinə qarşı kəskin siyasi xarakter göstərməsi dövlətlərin qlobal arenada düşmən mövqeyində olmağına gətirib çıxardı. Əlbəttə, eyni köklərə malik, lakin bir-birinə qarşıə düşmən mövqedə dayanan xalqların sərası heç də təkcə ruslar və ukraynalılarla məhdudlaşmır. Buna misla olaraq bir çox nümunələr göstərmək mümkünüdür.

Türkiyə və Azərbaycan xalqları arasındakı möhkəm qonşuluq, dostluq və qardaşlıq bağlarının isə günümüzdə bənzəri yoxdur. Bu qardaşlığı hər iki xalqın dahi övladları, ədibləri, liderləri müxtəlif cür dilə gətiriblər. Mustafa Kamal Atatürkün: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin: “Biz bir millət, iki dövlətik” sözləri qardaşlığımızı dəqiqliklə təcəssüm edir.

XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu. SSRİ tərkibində olduğu 70 il boyunca da Azərbaycan türkləri istər Türkiyə ilə, istərsə də digər türk xalqları ilə münasibətləri qoruyub saxlamış, qardaşlıq və birliyin yox olmasına imkan verməmişlər. Bu gün isə birliyimizin zirvə dövrü yaşanır.

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə 30 il düşmən tapdağında qalan öz doğma və tarixi torpaqlarını azad etməsində Türkiyənin istər xalq, istər liderlər səviyyəsində misilsiz dəstək nümayiş etdirməsi, dünyaya qardaşlığımızın növbəti bəyanı oldu. Döyüşlər başlandığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə “Əziz qardaşım və Azərbaycan xalqı tək deyil, haqlı mübarizələrində yanlarındayıq” deyərək birlik nümayiş etdirməsi, liderlərin səmimi qardaşlıq münasibətlərinin sübutudur. İki dövlət arasında iqtisadi, ticari, sosial, hərbi və digər sahələrdə imzalanan sazişlər, müqavilələr bu qardaşlığı daha da möhkəmləndirir. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, Türkiyənin Qafqaz regionunda mövcudluğunu möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda aparıcı dövlət olduğununu da bir daha isbatlamış oldu. Hərtərəfli əməkdaşlığı əhatə edən bəyannamədə hərbi sahəddə əməkdaşlıq məsələlərinin xüsusui yer alması, qlobal arenada birbə manevrlər etmək imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan ordusu NATO-nun 2-ci ən güclü silahlı qüvvələri olan Türkiyə ordusunun əsasında modernləşdirilir. Ordunun ayrı-ayrı bölmələrində xidmət keçən zabitlərimizin Türkiyədə müxtəlif kurslarda iştirakı, iki ölkənin keçirdiyi ortaq təlimlər vahid güc nümunəsi yarada bildiyimizi aydın çəkildə bütün dünyaya nümayiş etdirir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP layihəsi, Şimal-Cənub qaz dəhlizinin bir hissəsi olan Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi-energetika sahəsində müstəqillik dövründə həyata keçirilmiş ən uğurlu layihələr hesab edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, keçdiyimiz aylarda Türkiyənin ən böyük və müasir layihələlərindən biri olan “Rizə-Artvin” hava limanının açılışını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə birlikdə etməsi, Azərbaycan üçün əlamətdar tarixlərdə, yeni layihələrin təqdimatında Türkiyə Prezidentnin Azərbaycanın dövlət başçısı ilə bir sırada dayanması, işğaldan azad olunan torpaqların bərpasında, yenidən qurulmasında Türkiyə şirkətlərinin iştirakı, iqtisadiyyatlara qoyulan milyardlarla dollar vəsait, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsinin aydın göstəricisidir.

Bu gün dünyada Azərbaycan-Türkiyə qardaşlığına bənzəyən ikinci bir nümunə yoxdur. İki ölkə başçısının səyi ilə əldə olunan siyasi və diplomatik uğurlarla bu münasibətlər bundan sonra da dinamik xəttlə inkişaf edəcək.

Teymur Aslanov
Missiya.Az


  • 24-06-2022, 10:39