AZ   |   RU
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır

Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşacaq.

Oyunu Polşa və İsraildən olan hakimlər idarə edəcək:

UEFA Region Kuboku

24 iyun

16:00. “Kolos” - “Cəbrayıl”

Şamaxı şəhər stadionu

Baş hakim: Damian Silvestrjak (Polşa)

Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)

Dördüncü hakim: Luka Sibelli (İsveçrə)

Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.


  • 24-06-2022, 10:06