AZ   |   RU
Rusiyalı nazir: "Sərhədlərin delimitasiyası və demarkasiyası üçün məsləhət xidmətləri göstərməyə hazırıq"

"Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq".

Missiya.Az
xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram", - Lavrov vurğulayıb.

  • 23-06-2022, 20:58