AZ   |   RU
Lukaşenko Rusiyaya qeyri-rəsmi səfərə gəlir - Peskovdan açıqlama

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qeyri-rəsmi səfər edib.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

O qeyd edib ki, Rusiya və Belarus liderləri iyunun 23 və 24-də Zavidovo iqamətgahında görüşəcəklər.

Bu qeyri-rəsmi görüşlərin mətbuat üçün açıq keçirilib-keçirilməyəcəyi ilə bağlı suala Putinin mətbuat katibi “Xeyr, heç nə planlaşdırılmır” cavabını verib. 

Teymur Aslanov
Missiya.Az

  • 23-06-2022, 17:38