AZ   |   RU
Peskovdan Ukrayna taxılının oğurlanması ilə bağlı iddialara cavab: "İnanmırsız, Türkiyə XİN-dən soruşun"

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Moskvanın Ukrayna taxılını oğurlaması ilə bağlı səsləndirilən iddialara cavab verib.

Missiya.Az
Reuters-ə istinadən xəbər verir ki, Peskov Rusiyanın Ukraynadan taxıl oğurlamadağını və inanmayanların Türkiyənin Xarici İşlər Nazirliyinə müraciət edib soruşmalı olduqlarını deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndiirlən iddialarla bağlı təhqiqat aparılacağını açıqlayıb. Xatırladaq ki, Kiyevin Ankaradakı səfiri Vasili Bodnar iyunun əvvəlində Rusiyanın Ukraynadan oğurladığı taxıl alanlar arasında türk alıcıların olduğunu açıqlamışdı.

Həm Türkiyə, həm də Rusiya səfirin iddialarını təkzib edir.

Teymur Aslanov
Missiya.Az


Qeyd edək ki, Peskov daha əvvəl Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdığına dair xəbərləri də “boş və əsassız” adlandırmışdı.

  • 23-06-2022, 17:16