AZ   |   RU
Finlandiyalı general Rusiyanın hücum təhlükəsi barədə danışdı: "Döyüşməyə hazırıq"

“Rusiya tarixi xatırlasın, bu dəfə daha pis nəticələr görəcək. Finlandiya hər hansı silahlı təcavüz olarsa, Rusiya ilə döyüşməyə hazırdır.”

Missiya.Az
 “The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Finlandiya silahlı qüvvələrinin rəisi general Timo Kivinen deyib.

General tarixi faktlardan misal gətirib və Finlandiyanın Rusiya ilə müharibələrinə diqqət çəkib.

“Finlandiya 1940-cı illərdə şərq qonşusuna qarşı iki müharibə apararaq öz gücünü göstərib. İkinci Dünya Müharibəsindən bəri isə yüksək səviyyədə hərbi hazırlığı qoruyub saxlayıb”. Timo Kivinen əgər Rusiyanın gələcəkdə Finladiyaya qarşı hücum planı varsa,  Ukraynadakından daha pis vəziyyətlə üzləşəcək.

Teymur Aslanov
Missiya.Az


  • 23-06-2022, 16:13