ABŞ ölkəni tərk etmək əmri verilmiş Rusiya diplomatlarının təxliyəsi üçün xüsusi reysin göndərilməsinə icazə verməyib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Təyyarə bu ayın sonuna qədər ABŞ-ı tərk etmək barədə ultimatum almış həmkarlarımız və onların ailə üzvlərini gətirmək üçün uçmalı idi. ABŞ-ın bu cür davranışı cavabsız qalmayacaq. Rusiya xüsusi təyyarəsinin buraxılmasından imtina ediləcəyi təqdirdə, əks tədbirlər qaçılmaz olacaq", - Zaxarova vurğulayıb.
Bu ilin əvvəlində Rusiyanın ABŞ-dakı
səfiri Anatoli Antonov bildirmişdi ki, 2021-ci ilin sentyabrında bu il ABŞ-ı iki mərhələdə tərk etmək əmri verilmiş diplomatik missiyanın 55 əməkdaşının siyahısını təhvil veriblər.