AZ   |   RU
Azad edilən ərazilərdə küçə və yollar yaşıl texnologiyalarla işıqlandırılacaq

İşğaldan azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsi təmin etməlidir.

  • 22-06-2022, 16:46