AZ   |   RU
Putinə nə olub? – Rusiya prezidetinin səhhəti ilə bağlı açıqlama

"O, sağlamdır və hər gün idman edir. Dünən günortadan sonra xokkey oynadı"

Missiya.Az
 Haber7.com-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov Rusiya prezidenti Putinin səhhəti ilə bağlı suallara cavab olaraq deyib.

Mövzu ilə bağlı açıqlama verən Peskov, Putinin və cümə günü onunla 3 saat görüşdüyünü və sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

"O, sağlamdır və hər gün idman edir. Dünən günortadan sonra xokkey oynadı. "

Xatırladaq ki, xüsusilə İngiltərə mətbuatında Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı hər gün yeni iddia irəli sürülür.İngilislər daha əvvəl Putinə Parkinson,  xərçəng və Alzheimer diaqnozu qoymuşdu.

Amerikanın “Newsweek” jurnalı isə Rusiya lideri Putinin ağır xəstə olduğunu və aprel ayında qan xərçəngindən müalicə aldığını iddia etmişdi.

Teymur Aslanov
Missiya.Az


  • 22-06-2022, 13:32