AZ   |   RU

Cəlilabadda Heydər Əliyev Seyrəngahında skautlarla görüş keçirilib


Cəlilabad rayonunun Heydər Əliyev Seyrəngahında skautlarla görüş keçirilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, görüşdə əvvəlcə I və II Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Elnarə Həsənova, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad RİH başçısının Cəlilabad şəhəri üzrə ərazi nümayəndəsi Ramil Əmənov, ADPU-nun Cəlilabad filialının Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin direktoru Səyyarə Aslanova, müəllimlər, tələbələr, şagirdlər, Cəlilabad rayonunda fəaliyyət göstərən skautlar və dəstə liderləri olub.

Görüş zamanı Turan skaut dəstəsinin lideri Elçin Abbasov Dünya Skaut Hərəkatı haqqında məlumat verib, Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyəti haqqında danışıb. Çıxış edən qonaqlar skautların fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra dəstə liderləri Elçin Abbasov və Ülkər Abbasova tərəfindən “Skautlar kimdir?”, “Skaut qaydaları nələrdir?”, “Çadır qurulması”, "Tonqalların növləri" və s. mövzular üzrə interaktiv formada təlimlər keçirilib.

Daha sonra yarışlar təşkil edilib.


Baxış sayı: 108
  • 22-06-2022, 12:08