AZ   |   RU
Azərbaycanın həndbol yığması Gürcüstanı iki dəfə məğlub edib

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Bakıdakı təlim-məşq toplanışının ardından Gürcüstanda hazırlıq prosesinə başlayıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Komanda Tbilisidə baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi altında çalışır. Toplanış zamanı yığma Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb.

Ristiçeviçin komandası əvvəlcə 28:17, daha sonra 26:16 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.


  • 22-06-2022, 12:03