"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vladimir Putinin yanında "DXR" və "LPR" qruplarını tanımaqdan açıq şəkildə imtina edərək, diktatora artıq uduzduğunu eyham edib."
Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Rusiya müxalifətinin lideri Gennadi Qudkov deyib.
“Bu, birbaşa olmasa da, Tokayev ona belə dedi: “Volodya, sən uduzdun. Sonradan problem olmasın deyə, səninlə iş birliyində olmaq istəmirəm”, - deyə izahat verib.
Xatırladaq ki, bu yaxınlarda Sankt-Peterburqda keçirilən “iqtisadi forum”da Tokayev bildirib ki, “LDPR”nin tanınmasından söhbət gedə bilməz. Bundan sonra Rusiya təbliğatçıları və Kremlin nəzarətində olan məmurlar Qazaxıstan prezidentini sərt tənqid ediblər.Missiya.Az