AZ   |   RU
Ərdoğan Estoniya Baş naziri ilə Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Estoniya Baş naziri Kaya Kallas ilə telefon danışığı aparıb.

Missiya.Az
xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Estoniya münasibətləri və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, regional məsələlər müzakirə edilib.
Ukrayna və Rusiyanı danışıqlara qayıtmağa təşviq etdiklərini bildirən Ərdoğan humanitar sahədə müharibənin mənfi təsirlərini azaltmaq üçün təşəbbüsləri davam etdirdiklərini qeyd edib.

Türkiyə Prezidenti Ukrayna taxılının Qara dəniz üzərindən ixracı üçün Birləşmiş Millətlər Təşkilatı ilə birgə səy göstərdiklərini və bunun qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacağını bildirib.







  • 21-06-2022, 19:23