AZ   |   RU
Rusiya daha bir Avropa ölkəsinə qaz nəqlini dayandırdı

“Qazprom” sabahdan etibarən Yunanıstana təbii qaz axınını texniki səbəblərdən müvəqqəti olaraq dayandıracaq.

Missiya.Az
HaberGlobal-a istinadən xəbər verir ki, Yunanıstan Dövlət Agentliyi AMNA-nın təbii qaz şirkəti DEPA qaynaqlarına əsaslanaraq məlumat verib.

Qeyd edək ki, Rusiyanın enerji şirkəti “Qazprom” tərəfindən ediləcək fasilənin səbəbi “Türk Axını” təbii qaz boru xəttinin illik müntəzəm baxım işləri göstərilib.

Teymur Aslanov
Missiya.Az


  • 21-06-2022, 11:27