AZ   |   RU
Türkiyə mühüm NATO ölkəsidir - Stoltenberq

“Türkiyə strateji cəhətdən Avropa, Rusiya, İraq və Suriya arasında yerləşən mühüm NATO ölkəsidir”.

Missiya.Az
“Anadolu agentliyi”-nə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq İsveç və Finlandiyanın NATO-ya daxil ola biləcəyi ilə bağlı təhlükəsizlik sahəsində Ankaranın narahatlığına toxunaraq bildirib ki, Stokholm, Helsinki və Avropa İttifaqı artıq PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Stoltenberq heç bir NATO ölkəsinin Türkiyə qədər terrordan zərər görmədiyini də vurğulayıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-06-2022, 12:17