AZ   |   RU
Rusiyalı jurnalist Nobel mükafatını satışa çıxarıb

Rusiyalı jurnalist və hüquq müdafiəçisi Dmitri Muratov Nobel sülh mükafatı laureatı medalını hərraca çıxaracaq.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, Muratov medalın satışından əldə olunan vəsaiti Ukraynadakı müharibə nəticəsində köçkün düşmüş uşaqlara bağışlayacaq.

Muratov ötən il qazandığı qızıl medalını 500 min dollara satacağını bildirib.

Qeyd edək ki, Muratov ötən il Nobel sülh mükafatı laureatına layiq görülmüşdü.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-06-2022, 12:10