Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2,670 milyard manat ayrılacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş proqnoza nisbətən
21,4 % və ya 470 milyon manat çoxdur.
Bu xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma xərcləri maddəsində əksini tapıb. Bu maddə üzrə xərclər
5 milyard 972,271 milyon manat müəyyən edilib ki, bu da, əvvəlki büdcə proqnozu ilə müqayisədə
980,6 milyon manat və ya
19,6 % çoxdur.
Məlumata görə, bunun
3 milyard
286,4 milyon manatı (əvvəlki proqnozla müqayisədə
17,8 % və ya
496,6 milyon manat çox) dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) təşkil edir.