Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademkiyasının rəhbəri Darhan Kıdırali ilə görüşüb.Missiya.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın işinə verdiyi töhfəni qeyd edib. Türk xalqlarının ortaq tarixi və coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə Elmi Şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir, Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırali tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib.
Dalhan Kıdırali Azərbaycana səfəri çərçivəsində Bakı Qlobal Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən D.Kıdırali, bu dəstəyin gələcəkdə Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.