AZ   |   RU
Qəbiristan yaxınlığındakı ərazidə üç metr hündürlükdə çətənə yetişdirən şəxs tutuldu

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Missiya.Az
xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qaroğlan kənd sakini Yasin Məmmədov saxlanılıb. 

Araşdırmalar zamanı onun həmin kəndin ərazisində, qəbiristanlığın yaxınlığında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu müəyyən edilib. Qamış kollarının içərisindəki sahədə aqrotexniki qaydada qulluqla yetişdirdiyi, hündürlüyü 1 metr 10 santimetrdən 3 metrədək olan 39 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.    

Faktla bağlı Y.Məmmədov Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və barəsində araşdırmalar davam etdirilir.

  • 18-06-2022, 12:23