AZ   |   RU
ABŞ Türkiyə və Yunanıstanı gərginliyi artırmamağa çağırdı

“Türkiyə və Yunanıstan əlbəttə ki, bizim güclü tərəfdaşlarımızdır. Müttəfiqlərimizin gərginliyi daha da artıracaq bəyanatlardan qaçmalarını istəyirik”.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət departamentinin sözçüsü Ned Prays deyib.

Prays iki ölkə arasında yaşanan son gərginliklərdən danışarkən bildirib ki, bu mövzuda bizim mövqeyimiz hər iki ölkəyə qarşı eynidir. Bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir. Tərəflər gərginliyi artıracaq bəyanatlardan qaçmalıdırlar. NATO müttəfiqimiz olan Türkiyə və Yunanıstanı fikir ayrılıqlarını diplomatiya yolu ilə davam etdirməlidir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 16:38